Parisdə Eyfel qülləsindən olimpiya halqaları götürülüb.
Elchi.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
“Eyfel qülləsində 112 gün qaldıqdan sonra sentyabrın 26-dan 27-nə keçən gecə olimpiya halqaları götürülüb”, – deyə məlumatda bildirilir.
Olimpiadanın əsas simvolu iyunun 7-də Fransa paytaxtının əsas attraksionu olan Eyfel qülləsində quraşdırılıb. Hazırda 2028-ci ildə Los-Ancelesdə keçiriləcək növbəti Yay Olimpiya Oyunlarına qədər qüllədə qalacaq daha yüngül halqaların yaradılması üzərində iş aparılır.
Paris Oyunları iyulun 26-dan avqustun 11-dək baş tutub.
Nuranə Məmmədova