image-paris-2024-yenibackend

Paris-2024: İdmançımız yarımfinalda!

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.

Elchi.az xəbər verir ki, K44 kateqoriyasında yer alan idmançı 1/4 final mərhələsində Yaponiya təmsilçisi Mitsuya Tanaka ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn (5:3) Zeynalov yarımfinala yüksəlib.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki