Hindistan nüvə silahı daşıya bilən raketi sınaqdan keçirdiyini açıqlayıb.
Alp.az xəbər verir ki, Hindistan Müdafiə Nazirliyindən verilən açıqlamada ötən gün axşam saatlarında Agni-4 ballistik raketinin Odişa sahillərindən atıldığı bildirilib.
Rutin təlimlər çərçivəsində atılan raketin 4 kilometr uzaqlıqdakı hədəfləri vurduğu açıqlanıb.
Müdafiə Nazirliyi bəyan edib ki, bu sınaq ölkənin gücünü nümayiş etdirib.
Ötən il də orta mənzilli raketləri sınaqdan keçirən ölkə son zamanlar strateji raketlərini modernləşdirir. Hindistan mart ayında texniki nasazlıq nəticəsində Pakistan ərazisinə raketin təsadüfən buraxıldığını açıqlayıb.