image-nijeryanin-plateau-eyaletinde-silahli-saldiri-51-kisi-hayatini-kaybetti-1wc6backend

Nigeriyada silahlı hücum: 51 ölü

Nigeriyanın Plato əyalətində silahlı hücumlar nəticəsində 51 nəfər ölüb. Hücum edənlərin kimliyi hələ müəyyən edilməsə də, bölgədəki təhlükəsizlik qüvvələri hadisə ilə bağlı araşdırmalara başlayıb.
Elchi.az xəbər verir ki, dünən axşam saatlarında Nigeriyanın mərkəzindəki Plato əyalətinin bəzi kəndlərinə silahlı hücumlar həyata keçirilib.
İriqve Regional Gənclər Birliyinin baş katibi Danjuma Dickson Auta AA-ya bildirib ki, gecə saatlarında naməlum silahlı şəxslər Plato əyalətinin qonşu Zike və Kimakpa bölgələrində hücum həyata keçiriblər.
“Hücumdan sonra 47 cəsəd tapılıb və sayı artmaqda davam edir. Çox sayda insan da yaralanıb”, – Auta bildirib.
Zorakılığın miqyasının cəmiyyətə qarşı “yaxşı planlaşdırılmış və koordinasiyalı” bir hücum olduğunu ifadə edən Auta, hücumla bağlı təhlükəsizlik qüvvələrini məlumatlandırdıqlarını da əlavə etdi.
ÇOX EVLƏR YANDI
Zike rayon sədri Vakili Tonqve verdiyi açıqlamada hücumlarda ölənlərin sayının 51-ə çatdığını, çoxlu sayda insanın yaralandığını bildirib.
Tonqve həyatını itirənlər üçün kütləvi dəfn mərasimlərinin keçirildiyini, çoxlu evlərin yandırıldığını, yerli sakinlərin ərzaq məhsullarının oğurlandığını bildirib.
Amnesty International hücumları pisləyib və əyalət hökumətini dəhşətli hücumları araşdırmağa çağırıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki