Afrikanın ən sıx məskunlaşdığı ölkə olan Nigeriya Uqandanın paytaxtı Kampalada Ebola virusunun yayıldığını elan edib və virusun ölkəyə yayılma ehtimalı ilə bağlı “ayıq-sayıq” vəziyyətdədir.
Elchi.az xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin direktoru Jide İdris etdiyi yazılı açıqlamada Uqandada Ebola epidemiyasının elan edilməsindən sonra Nigeriyaya giriş nöqtələrində müşahidə tədbirlərinin artırıldığını bildirib.
Nigeriyada hələlik Ebola virusunun olmadığını bildirən İdris, “Lakin NCDC olaraq, müvafiq nazirliklər, qurumlar və tərəfdaşlarla birlikdə, ortaya çıxan Viral Hemorragik Xəstəliklər üzrə Milli Texniki İşçi Qrupu vasitəsilə xəstəliyi izləməyə davam edirik. Müxtəlif Ölkəmizdə hazırlıq səviyyəsinin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir”. ifadələrdən istifadə etdi.
İdris hazırda ölkədə Ebola vaksinin olmadığını, lakin virusun bəzi növlərinə qarşı peyvənd və müalicə üsullarının olduğunu bildirib.
Keçən həftə Uqanda Səhiyyə Nazirliyi ölkənin paytaxtı Kampalada Ebola xəstəliyinin baş verdiyini təsdiqləyib və bir tibb işçisinin virusdan öldüyünü bildirib. Nazirlik həmçinin 44 əlaqənin izləndiyini açıqlayıb.
Ebola virusu
Bir növ hemorragik qızdırmaya səbəb olan Ebola ilk dəfə 1976-cı ildə Sudanın Nzara və Konqo Demokratik Respublikasının (DRC) Yambuku şəhərlərində eyni vaxtda yayılan epidemiyalarla ortaya çıxdı.
DRC-də epidemiya Ebola çayı yaxınlığındakı kənddə başlayıb, ona görə də xəstəlik həmin çayın adını daşıyır.
Ebola 2013-cü ilin dekabrında Qərbi Afrikaya yayıldı. 2014-2017-ci illər arasında Qvineya, Liberiya və Syerra-Leonedə görülən epidemiyada 30 min insan virusa yoluxmuş, xəstələrin 11 mindən çoxu həyatını itirmişdir.
Nuranə Məmmədova