image-bd7a60cd-8875-3713-8223-c04660150b1c_850backend

“Neftçi” idman direktoru ilə yollarını ayırıb

“Neftçi” və idman direktoru Yens Andersson arasında müqaviləyə isveçli mütəxəssisin xahişi ilə qarşılıqlı razılıq əsasında xitam verilib.

Klubdan Elchi.az – a verilən məlumata görə, bu qərar komandanın son həftələrdə göstərdiyi nəticələrlə əlaqədar deyil.

Qeyd edək ki, Yens Andersson 2023-cü ilin sentyabrından “ağ-qaralar”da çalışırdı.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki