Bu yaxınlarda NATO-ya üzv olan İsveç Rusiya ilə potensial müharibəyə hazırlıq məqsədilə hərbi gücünü fəal şəkildə gücləndirir.
Elchi.az xəbər verir ki, bu barədə “National Interest” nəşri yazır.
Hazırda İsveç hərbi idarəsi zirehli texnika parkının genişləndirilməsinə diqqət yetirir.
“NATO-nun ən yeni üzvü kimi İsveç potensial müharibəyə hazırlaşır”, – nəşr qeyd edir.
Materialın müəllifinin sözlərinə görə, İsveç silahlı qüvvələri Almaniya istehsalı olan 44 yeni Leopard 2A8 tankı alıb və mövcud zirehli texnikanın modernləşdirilməsini davam etdirir. Bu addımlar mümkün hərbi əməliyyatlar zamanı ordunun döyüş hazırlığını artırmaq üçün atılır.
Bundan əvvəl məlum olub ki, London və Kiyev Qara, Azov və Baltik dənizlərinin sularında təhlükəsizliyin təmin edilməsinə yönəldiyi iddia edilən hərbi əməkdaşlığı gücləndirməyə hazırlaşır. Belə bir razılaşma Britaniya hökumətinin saytında dərc olunan bəyanatda nəzərdə tutulub.
Yeganə