image-a3a25c5d-7f81-3df5-b434-fd232602d19a_850backend

Monqolustanda güclü zəlzələ olub

Monqolustanın mərkəzi yerləşən Bayanxonqor aymağında 5 maqnitudalı zəlzələ olub.

Elchi.az  xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib.

Qeyd olunub ki, zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Bakı vaxtı ilə 00:37-də qeydə alınmış yeraltı təkanların episentri Bayanxonqor şəhərindən 175 km şimal-qərbdə olub.

Tələfat və dağıntı barədə məlumat verilməyib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki