image-qeza-mersedesbackend

Mingəçevirdə ağır qəza: iki nəfər öldü, 6 yaralı…

Mingəçevir şəhərində ağır yol-nəqliyyat hadisəsi olub.

Elchi.az-ın Report-a istinadən məlumatına görə, “Mersedes Vito” markalı mikroavtobus öncə minik avtomobili ilə toqquşub, sonra idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində 2 nəfər – 1989-cu il təvəllüdlü Yasəmən Həbliyeva hadisə yerində, 2020-ci il təvəllüdlü Adəm Həbliyev isə sonradan xəstəxanada dünyasını dəyişib.

Qəza zamanı habelə daha 6 nəfər – 1973-cü il təvəllüdlü Teyyub Məhərrəmov, 1985-ci il təvəllüdlü Elgiz İsmayılov, 1980-ci il təvəllüdlü Əlizamin Musayev, 1990-cı il təvəllüdlü Xəyalə Mirzəyeva, 1983-cü il təvəllüdlü Amil Nəbiyev və 1992-ci il təvəllüdlü Nuranə Mustafayeva xəsarət alıblar.

Yaralıların vəziyyəti kafi və orta-ağırdır.

Qeyd edək ki, ölən və zərərçəkənlər Bakıdan Mingəçevirə qayıdan “Mercedes Vito” markalı mikroavtobusda olan sərnişinlərdir.

Faktla bağlı araşdırma aparılır.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki