Alimlər sübut ediblər ki, meqaquraqlıqlar artır və daha da şiddətlənir.
Elchi.az xəbər verir ki, Meqaquraqlıqlar uzun müddət yağış yağmaması səbəbindən ciddi təhlükə yaradır, su ehtiyatlarının tükənməsinə, ərzaq təhlükəsizliyinə və meşə yanğınlarının tezliyinə səbəb olur. İsveçrə Federal Meşə, Qar və Landşaft Tədqiqatları İnstitutundan Dirk Kargerin rəhbərlik etdiyi qrup 1980-2018-ci illər arasında dünyada baş vermiş meqaquraqlıqları araşdırıb.
13 000 meqa quraqlıq aşkar edilib
Yanvarın 16-da “Science” jurnalında dərc olunan araşdırmada ən azı iki il davam edən 13 000-dən çox quraqlıq müəyyən edilib. Tədqiqatlar 1980-ci illərdən bu dövrlərin daha quru və isti olduğunu müəyyən edib.
Alimlər aşkar ediblər ki, demək olar ki, bütün qitələrdə böyük quraqlıqlar baş verir. Bu quraqlıqların ən şiddətlisi 2008-2014-cü illər arasında Şimali Amerikada baş verib. 2022-ci ildə aparılan başqa bir araşdırma, 2000-2021-ci illər arasında bölgədə yaşanan meqa quraqlığın son 1200 ilin ən şiddətli olduğunu göstərib.
Şayəstə Hüseynova