İspaniyanın şərqindəki Valensiya bölgəsindəki məktəblərə “məktəblərdə kütləvi qətl” törətməklə hədələyən məktublar göndərən şübhəli həbs edilib.
Elchi.az xəbər verir ki, Valensiya hökumət rəsmiləri şərhdə, Çiva, Bunol, Yatova və Sieta Aguas bölgələrindəki bəzi məktəblərə göndərilən elektron məktubda “məktəblərdə mümkün qədər çox insanı atəşlə öldürəcək və qətliam törətməklə” təhdid edildiyini bildirib.
Səlahiyyətlilər təhlükəsizlik səbəbi ilə bu gün dörd rayonda və bəzi yaxınlıqdakı bələdiyyələrdə məktəblərin boşaldıldığını və təhsilin dayandırıldığını bildirib.
Hadisə ilə bağlı araşdırma başlatan jandarma, elektron məktubları göndərən şəxsin tutulduğunu açıqlayıb.
Yerli Valensiya qəzetləri bu şəxsin pedofil terror təşkilatı “764” adından hücumlar hazırlamaqda ittiham olunduğunu iddia edib.
Nuranə Məmmədova