image-1735219486_57backend

Medvedev: Yeni yaranmaqda olan etnik anklavlar ekstremizm üçün zəmin ola bilər

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev miqrasiya məsələləri ilə bağlı iclas keçirib və o, bildirib ki, Rusiya Federasiyasında miqrantlardan yaranan etnik anklavlar ekstremizmin yuvasına çevrilə bilər.

Elchi.az-ın xəbərinə görə, qurum rəsmisi qeyd edib ki, əməkçi miqrantların ailə üzvlərinin uzun müddət qalmaları Rusiyanın sosial sferasına çox ciddi yük yaradır və bəzi hallarda millətlərarası münasibətlərdə gərginliyə səbəb olur.

“Etnik anklavlar yaranır ki, onlar ekstremizm üçün zəmin ola bilər”, – Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini deyib. O əlavə edib ki, 200 mindən çox miqrant övladı Rusiya təhsil təşkilatlarında təhsil alır, lakin onların 40%-dən çoxu rus dilini kifayət qədər bilmir. Medvedev miqrant uşaqların məktəblərə yazılmazdan əvvəl rus dilini bilməsi üçün məcburi sınaq imtahanının tezliklə tətbiq olunacağını xatırladıb.

Müvafiq qanun 2025-ci il aprelin 1-dən qüvvəyə minir. Təhlükəsizlik Şurası sədrinin müavini qeyd edib ki, “onun həyata keçirilməsi ilə bağlı bütün məsələlər, o cümlədən maliyyə ilə bağlı ətraflı işləmək” lazımdır.

Rusiya Federasiyasının Təhsil Nazirliyi keçən həftə xarici vətəndaşların uşaqları üçün rus məktəblərinə daxil olmamışdan əvvəl rus dilindən imtahanın pulsuz olacağı barədə məlumat verdi. Onun birbaşa təhsil təşkilatlarında keçirilməsi nəzərdə tutulur.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki