Amerika Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask bildirib ki, beynəlxalq xəbər agentliyi “Reuters”ə ictimaiyyəti çaşdırmaq üçün milyonlarla dollar ödənilib.
Elchi.az xəbər verir ki, bu barədə sosial şəbəkədəki paylaşımında Mask agentliyin işini tam fırıldaq adlandırıb.
“ABŞ hökuməti geniş miqyasda ictimaiyyəti çaşdırmaq üçün Reuters-ə milyonlarla dollar ödədi. Müqavilədə sözün əsl mənasında belə deyilir!” – yazırdı.
İlon Mask ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp tərəfindən təyin edildikdən sonra DOGE-yə rəhbərlik edib. Yanvarın 20-də andiçmə mərasimindən dərhal sonra departament dövlət xərclərinin geniş miqyaslı auditinə başlayıb. Musk, verdiyi açıqlamaya görə, büdcə xərclərinin iki trilyon dollar azaldılmasına nail olmaq niyyətindədir.
Onun ilk qərarlarından biri sonradan strukturun yenidən təşkili ilə Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyinin (USAID) işini dayandırmaq olub.
Əvvəllər Ağ Ev USAİD-in ən gülünc xərclərinin siyahısını dərc etmişdi, ondan belə çıxır ki, agentlik transgenderlərə həsr olunmuş mədəni tədbirlərə və terror təşkilatları ilə əlaqəli QHT-lərə dəstək üçün yüz minlərlə dollar xərcləyib.
Yeganə