image-mars-perseverance-1525483_1backend

Mars niyə qırmızıdır? Alimlər bunun səbəbini izah etdilər

Pas rənginə görə Mars uzun müddətdir ki, “qırmızı planet” adlanır. Alimlər Marsın fərqli rənginin mümkün mənbəyini aşkar edərək, ümumi nəzəriyyəni şübhə altına alıblar.
Elchi.az xəbər verir ki, Yerə yaxınlığı və ona göndərilən onlarla kosmik gəmi sayəsində Mars Günəş Sistemində ən çox öyrənilmiş planetlərdən birinə çevrilib.
Orbital və səth alətlərindən əldə edilən məlumatlar Marsın qırmızı rənginin planetin səthini örtən tozun tərkibindəki paslanmış dəmir minerallarından gəldiyini ortaya qoydu.
Lakin yeni bir araşdırma Marsda qırmızı rəngin əvvəllər düşünüldüyü kimi hematitdən deyil, soyuq suyun varlığında əmələ gələn ferrihidrit adlı mineraldan qaynaqlandığını ortaya çıxarıb.
“Nature Communications” jurnalında dərc edilən araşdırma keçmişdə Marsda suyun daha çox olduğunu göstərə bilər və planetin yaşayış üçün yararlı olub-olmadığına dair yeni ipuçları verə bilər.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki