Belarus Mərkəzi Seçki Komissiyası çərşənbə axşamı Aleksandr Lukaşenkonun prezidentliyə namizəd kimi qeydə alınması üçün sənədləri qəbul edib.
Elchi.az “Belta”-ya istinadən xəbər verir ki, sənədlər paketi MSK-ya Belarus Həmkarlar İttifaqları Federasiyasının sədri Yuri Senko tərəfindən etibarnamə ilə çatdırılıb.
Lukaşenkonun özü hazırda Omanda səfərdədir. Bir gün əvvəl o, Sultan Heysəm bin Tarek Al Səidin ölkədə Belarus malları üçün qovşaq yaratmaq təklifini açıqlamışdı.
Belarus prezidentliyinə namizədlərin qeydiyyatı dekabrın 22-dən 31-dək, seçkiqabağı təşviqat 2025-ci il yanvarın 1-dən 25-dək aparılacaq. Seçkilər yanvarın 26-na təyin edilib.
Yeganə