image-53backend

Leyen: Aİ öz təhlükəsizliyi üçün Ukraynanı silahlandıracaq

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib ki, Avropa açıq təhlükə ilə üz-üzədir və 800 milyard avroluq yenidən silahlanma planı müdafiə sektoruna investisiya və Kiyevə silah tədarükünü nəzərdə tutur.

Elchi.az bu barədə “TASS”a istinadən xəbər verir.

“Bu gün mən Avropa liderlərinə müdafiə sahəsinə 800 milyard avro sərmayə ilə Avropanı yenidən silahlandırmaq planını təqdim edəcəyəm… Bu, Avropanın yenidən silahlanması və Ukraynanın hərbi əməliyyatları davam etdirməsi üçün silahlanması işinə xidmət edəcək”, – Avropa Komissiyasının rəhbəri Brüsseldə Ukrayna və Avropa təhlükəsizliyi üzrə sammit başlamazdan əvvəl deyib.

Onun sözlərinə görə, Ukrayna üçün şərait yaradılmalıdır ki, onlar özlərini müdafiə edə” və davamlı sülhə nail ola bilsinlər.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron fransızlara müraciətində Rusiyanın Paris və bütün Avropa üçün təhlükəyə çevrildiyini bildirmişdi. Onun sözlərinə görə, Avropada sülh yalnız Rusiyanın sakitləşməsindən sonra yarana bilər. Fransa lideri bütün Avropa İttifaqını qorumaq üçün respublikanın nüvə silahından istifadə edilməsi ilə bağlı müzakirələrə başlamaq qərarına gəldiyini də bildirdi.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki