Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan Xarici Kəşfiyyat Xidmətinin (ASX) bəyanatına baxmayaraq, hələ də respublikanı özünün müttəfiqi hesab edir.
Elchi.az bu barədə TASS-a istinadən xəbər verir.
Bundan əvvəl Ermənistan Xarici Kəşfiyyat Xidməti öz hesabatında İrəvanın KTMT-də iştirakının dondurulması üçün əsasların 2024-cü ildə razılaşdığı 2025-ci ildə ortadan qalxacağını çətin hesab edirdi.
“Bəli, təşkilatın katibliyi Ermənistan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin bu bəyanatından xəbərdardır. Bununla belə, biz hələ də Ermənistanı müttəfiq hesab edirik və İrəvanla iş rejimində işləməkdə davam edirik”, – agentliyin həmsöhbəti bildirib.
Yeganə