“Suriyada zorakılığın təzahürü Rusiyanı narahat edir”.
Elchi.az “TASS”a istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.
“Suriyada bizim dərin narahatlığımıza səbəb olmayan zorakılıq var. Bu narahatlıq dünyanın bir çox ölkələrində və beynəlxalq təşkilatlarda paylaşılır”.
Onun sözlərinə görə, ölkədə vəziyyəti normallaşdırmaq üçün bu məsələyə təcili, o cümlədən BMT-də baxılmalıdır.
Bundan əvvəl Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şaraa ölkəni vətəndaş müharibəsinə sürükləmək cəhdlərini açıqlamışdı. O qeyd edib ki, Suriyada toqquşmaları törədənlərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün komitə yaradılacaq.
Yeganə