image-7777777777777777backend

“KÖMƏK EDİN, YOXSA AZƏRBAYCAN…” – Armen Qriqoryandan sensasion açıqlama 

Ermənistan Təhlükəsizlik Şurasının(TŞ) katibi Armen Qriqoryan ölkəsinin Azərbaycanla sərhəddə baş verən hadisələr səbəbindən Rusiyadan yardım istədiyini deyib.

Alp.az xəbər verir ki, Qriqoryan ictimai televiziyaya açıqlamasında guya Azərbaycanın Ermənistanın suveren ərzilərinə hücum etdiyini əsas gətirərək, Moskvaya müraciət etdiklərini bildirib.

TŞ katibi Ermənistanla Rusiya arasında 1997-ci ildə bağlanmış müqaviləni əsas gətirərək, Moskvanı tərəfdaşlıq sazişinə əməl etməyə çağırıb: “Biz gözləyirik ki, Rusiya bizə yardım edəcək və bizim Ermənistanın ərazi bütövlüyünü bərpa etməyimizə kömək göstərəcək.Əgər bizə kömək etməsələr Azərbaycan bizi tarix səhnəsində siləcək.”- deyə Armen Qriqoryan yalvarıb.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki