image-4f856e92-fb1e-386d-abf2-ae399c62a896_850backend

Karib dənizində 5,3 maqnituda gücündə zəlzələ baş verib

Karib dənizindəki Vircin adaları sahillərində 5,3 maqnituda gücündə zəlzələ baş verib.

Elchi.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 02:58-də (Bakı vaxtı ilə 10:58) təxminən 8,4 min nəfər əhalisi olan Roud Taun şəhərindən (Britaniya Virciniya adaları) 65 km şimal-şərqdə qeydə alınıb. Zəlzələ dərinliyi 20 kilometr olub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki