image-zurabishvili-salome66backend

İvanişvili ilə görüşməyə hazıram – Zurabişvili

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkədə yeni seçkilərin təyin edilməsini müzakirə etmək üçün hakim Gürcü Arzusu Partiyasının təsisçisi Bidzina İvanişvili ilə görüşməyə hazır olduğunu bildirib.

Elchi.az xəbər verir ki, Zurabişvili bu barədə keçirdiyi mətbuat konfransında deyib.

“Şəxsən İvanişvili ilə nə vaxt istəsə, görüşməyə hazıram. Bilirəm ki, kənardan ona təzyiq etmək istəyən çoxlu adam olacaq. Yeni seçkilər dərhal təyin olunmalı və keçirilməlidir”, – Zurabişvili bildirib.

Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvilinin səlahiyyət müddəti gələn bazar günü başa çatır.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki