İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 50 nəfər artaraq 51 min 355-ə çatıb.
Elchi.az xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin Qəzzada davam edən hücumlarında ölən və yaralananlarla bağlı son məlumat paylaşılıb.
Bildirilib ki, son 24 saat ərzində Qəzzada 50 nəfər ölüb, 152 yaralı xəstəxanalara çatdırılıb.
Yanvarın 19-da Qəzzada razılaşdırılmış atəşkəsi pozan İsrail ordusunun 18 martdan bu yana həyata keçirdiyi hücumlarda 1978 fələstinlinin həyatını itirdiyi, 5207 nəfərin isə yaralandığı bildirilib.
İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 51 min 355-ə, yaralı sayının isə 117 min 248-ə yüksəldiyi bildirilib.
Qəzza zolağında dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.
Nuranə Məmmədova