image-b3bf983b_bigbackend

İsrailin futboldan qadağası üçün müraciət yenidən təxirə salınıb

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) Qəzzada davam edən soyqırımına baxmayaraq, Fələstinin İsrailə beynəlxalq futboldan qadağa qoyulması çağırışı ilə bağlı qərarını növbəti dəfə təxirə salıb.
Elchi.az xəbər verir ki, FİFA Şurası İsrailin beynəlxalq futbola qadağa qoyulması ərizəsinin müzakirə edildiyi dünənki iclasında yenə də İsrailə qarşı sanksiya qərarı ala bilməyib.
Fələstin Futbol Federasiyası (PFA) İsrailin beynəlxalq futboldan qadağası üçün FİFA-ya etdikləri müraciətlə bağlı müstəqil hüquqi qiymətləndirmə alarkən, oktyabrın 3-də İsrailin beynəlxalq futboldan kənarlaşdırılacağını gözlədiklərini açıqladı.
Məsələnin ötən ilin iyulunda fövqəladə şura iclasında müzakirə ediləcəyini vəd edən FİFA qərarı FİFA Şurasının avqustun 31-də keçiriləcək iclasına təxirə salıb, daha sonra qərarını oktyabr toplantısına keçirib.
FİFA intizam komitəsinə Fələstin Futbol Federasiyasının irəli sürdüyü ayrı-seçkilik cinayəti ilə bağlı İsrailə qarşı araşdırma başlatmağı tapşırdığını açıqlayıb.
Bu çərçivədə Fələstin ərazisində yerləşdiyi iddia edilən İsrail futbol komandalarının İsraildəki yarışlarda iştirakı da araşdırılacaq.
PFA ötən ilin aprelində FİFA-ya göndərdiyi yazılı müraciətdə, İsrailin 7 oktyabrdan bəri həyata keçirdiyi hücumlar və ayrı-seçkilik nəticəsində yaranan insan hüquqları pozuntularına qarşı lazımi addımları atmadığını əsas gətirərək, İsrail Futbol Federasiyasının FİFA üzvlüyünə xitam verilməsini istəyib.
Fələstin Gənclər və İdman Ali Şurasının prezidenti Cibril əl-Rucub keçən may ayında verdiyi açıqlamada PFA-nın İsrail rəsmiləri tərəfindən İsrailin qovulması üçün FİFA-ya verdiyi ərizəni geri götürməklə hədələndiyini bildirmişdi.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki