İsrailin Suriyanın paytaxtı Dəməşqdə bir binaya təşkil etdiyi hava hücumunda ölənlərin sayı 7-yə, yaralıların sayı isə 11-ə yüksəlib.
Elchi.az xəbər verir ki, İsrailin Suriyanın paytaxtı Dəməşqin qərbindəki Mezzah bölgəsində bir binaya hava hücumu nəticəsində insan itkiləri artıb.
Suriya mediası hücumda həyatını itirənlər arasında qadın və uşaqların da olduğunu, həyatını itirənlərin sayının 7, yaralı sayının isə 11-ə yüksəldiyini bildirib.
İsrail mətbuatında yer alan xəbərlərdə, hücumun hədəfinin Hizbullahın İrandan və Hizbullaha dəstək verdiyi qruplardan silah çatdırmaqdan məsul olan 4400 saylı bölməsinin yüksək səviyyəli bir məmuru olduğu bildirilib.
Nuranə Məmmədova