image-thumbs-b-c-0d169d0df3805f8a10c60a88dfea8ca7backend

İsrail Qəzzada saxlanılan 12 fələstinlini azad edib

İsrail Qəzza zolağında saxladığı 2-si qadın olmaqla 12 fələstinlini azad edib.
Elchi.az xəbər verir ki, HƏMAS-a bağlı Məhbusların Məlumat İdarəsi İsrail həbsxanalarından azad edilən 12 məhbusun Qəzza zolağının mərkəzi hissəsindəki Deyr əl-Bələh şəhərindəki Əl-Əqsa Şəhidləri Xəstəxanasına köçürüldüyünü açıqlayıb.
İsrail ordusunun əsirləri Beynəlxalq Qızıl Xaç Komitəsinə hara təhvil verməsi və onların sağlamlıq vəziyyəti ilə bağlı heç bir məlumat paylaşılmayıb.
İsrail 2023-cü il oktyabrın 7-də Qəzzaya qarşı başlatdığı soyqırımdan bəri əsir saxladığı qəzzalıların bir qismini vaxtaşırı azad edib.
Fələstin Məhbuslar Cəmiyyəti aprelin 17-də İsrailin davam edən hücumları çərçivəsində Qəzza zolağında minlərlə fələstinlini həbs etdiyini bildirib.
Bəyanatda deyilir ki, məhbuslar “onlara mümkün olan ən böyük zərəri vurmaq məqsədi ilə son dərəcə ağır və dəhşətli şəraitdə saxlanılıblar”.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki