image-con-kirbibackend

“İsrail insanları şimaldakı evlərinə qaytara bilməyəcək”-Kirbi

Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi deyib ki, İsrail Livan Hizbullahı və ya İranla hərtərəfli müharibə apararaq insanları şimaldakı evlərinə təhlükəsiz şəkildə qaytara bilməz.

Elchi.az-ın xəbərinə görə, Kirbi bildirib ki, ABŞ Livanda gələcək addımlar barədə İsraillə danışıqlar aparır.

Lakin ritorikaya baxmayaraq, ABŞ prezidenti Co Bayden administrasiyası İsrailə milyardlarla dollarlıq silah satışını təsdiqləyir.

Tənqidçilər ABŞ-ı İsrailə silah tədarükünü dayandırmağa çağıraraq, onların ABŞ-ı Qəzzanın dağıdılmasında və Livanın bombalanmasında şərik olduqlarını iddia ediblər. Onlar həmçinin qeyd edirlər ki, silah təchizatı potensial təsir rıçaqıdır, lakin administrasiya atəşkəs yaratmaq üçün ondan istifadə etməkdən imtina edir.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki