“The Wall Street Journal” çərşənbə günü adının çəkilməyən İsrail rəsmilərinə istinadən xəbər verir ki, İsrail Qəzza zolağında atəşkəsin birinci mərhələsində Fələstinin Həmas hərəkatının gözlədiyi 33 girovdan neçəsinin sağ olduğunu bilmir.
Elchi.az xəbər verir ki, onların fikrincə, bu o deməkdir ki, yəhudi dövləti hələlik neçə fələstinlinin həbsdən azad ediləcəyini dəqiq deyə bilməz, çünki HƏMAS ölülərdən çox diri girov istəyir.
Qəzet qeyd edib ki, girovların azad edilməsi ən azı bir neçə həftə çəkəcək. İsrail xəstəxanaları və həkim briqadaları artıq insanları qəbul etməyə hazırlaşır. Həkimlərin fikrincə, girovların çoxunun vəziyyəti ağır olacaq.
Yeganə