“İndi dünya nizamında dəyişiklik var, Avropa öz müdafiəsini gücləndirməlidir”.
Elchi.az xəbər verir ki, bunu İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bildirib.
Avropanın müdafiəsinin gücləndirilməsinin maliyyələşdirilməsi ilə bağlı sualı cavablandırarkən, o, hazırda Avropa İttifaqının sərəncamında Avropa İnvestisiya Bankından vəsaitlərin olduğuna aydınlıq gətirib. Üstəlik, Avropada Rusiyanın dondurulmuş aktivləri və onların Aİ-nin müdafiəsi və təhlükəsizliyinə ayırmağı planlaşdırdıqları payı müzakirə edirlər.
“Biz razıyıq ki, indi diplomatik dildə dünya nizamının dəyişməsi adlandırılan era dəyişikliyi baş verir”, – Albarez bildirib.
Nazir Aİ ilə ABŞ arasında həmişə müttəfiq olduqları üçün əməkdaşlığın davam etdiriləcəyinə ümid etdiyini bildirib. Eyni zamanda, o, əvvəllər də bəyan etmişdi ki, Aİ Rusiya ilə münasibətləri yaxşılaşdırmaq zərurətini dərk etməli olacaq.
Yeganə