İranın neft naziri Möhsün Paknejad İran-Rusiya müştərək iqtisadi komissiyasının 18-ci iclasında iştirak etmək üçün Moskvaya gəlib.
Elchi.az bu barədə “Mehr” agnetliyinə istinadən xəbər verir.
İran nümayəndə heyətini Moskva hava limanında İranın Moskvadakı səfiri Kazem Cəlali və Rusiya rəsmiləri qarşılayıblar.
Neft naziri Paknejad Rusiya baş nazirinin müavini Aleksandr Novak, Rusiyanın energetika naziri Sergey Tsivilyov ilə danışıqlar aparacaq, həmçinin əməkdaşlıq sənədlərinin yekunlaşdırılması üçün İran-Rusiya müştərək iqtisadi komissiyasının 18-ci iclasının iranlı üzvləri ilə koordinasiya iclasında iştirak edəcək.
İran nümayəndə heyətinə rəhbərlik edən neft naziri cümə günü (25 aprel) Rusiyanın energetika naziri ilə birlikdə müxtəlif sahələrdə əməkdaşlıq haqqında sənəd imzalayacaq.
Nuranə Məmmədova