image-manchester-siti-proigral-tottenhemu-i-vyletel-iz-kubka-anglijskoj-ligi-na-rannej-stadii_1730326479468074496backend

İngiltərə Liqa Kuboku: “Mançester Siti” “Tottenhem”ə məğlub olub

“Mançester Siti” klubu İngiltərə Liqa Kubokunun 1/8 final oyununda “Tottenhem”ə məğlub olub.

Elchi.az xəbər verir ki, komandalar London şəhərindəki “Tottenhem Hotspur” stadionunda üz-üzə gəliblər.

Qarşılaşma “Tottenhem”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçın 5-ci dəqiqəsində ev sahiblərinin heyətində almaniyalı hücumçu Timo Verner hesabı açıb. 25-ci dəqiqədə “Tottenhem”in yarımmüdafiəçisi Papa Matar Sarr meydan sahiblərinin üstünlüyünü artırıb.

İlk hissəyə əlavə olunan vaxtda portuqaliyalı yarımmüdafiəçi Mateus Nunyes “Mançester Siti”nin yeganə qolunu vurub.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki