image-b3d57982-8505-35b5-a3f4-af9c966fc914_850backend

İndoneziya BRİKS-in tamhüquqlu üzvü olub

İndoneziya BRİKS-in tamhüquqlu üzvü olub.

Elchi.az xəbər verir ki, bu barədə yanvarın 1-də assosiasiyaya sədrlik edən Braziliya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Xatırladaq ki, İndoneziya daha əvvəl üzvlük üçün müraciət etmişdi.

Qeyd edək ki, BRICS (BRİKS) 2006-cı ildə yaradılıb. Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır. Əvvəlcə investisiya imkanlarını müəyyən edən qruplaşma hökumətləri 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki