Hindistanda Fenqal siklonunun yaratdığı güclü yağış və daşqınlar nəticəsində 3 nəfər elektrik cərəyanı vurması nəticəsində ölüb.
Elchi.az xəbər verir ki, “India Today”in məlumatına görə, səlahiyyətlilər, siklon səbəbiylə “son 30 ilin ən yüksək səviyyədə” olduğu ifadə edilən şiddətli yağışların Tamil Nadu və Puducheri əyalətlərinin müxtəlif bölgələrində həyata mənfi təsir göstərdiyini bildirib.
Səlahiyyətlilər, güclü yağış və siklonun yaratdığı daşqınlar nəticəsində elektrik cərəyanı vurması nəticəsində 3 nəfərin öldüyünü qeyd edərək, çoxlu sayda insanın təhlükəsiz bölgələrə təxliyə edildiyi barədə məlumat paylaşıb.
Bölgədə nəqliyyata da mənfi təsir göstərən Fenqal siklonunun gün ərzində intensivliyini azaltması gözlənilir.
Şayəstə Hüseynova