ABŞ-ın Kaliforniya ştatında hərbi təyyarə San Dieqo körfəzinə düşüb. Qəza nəticəsində iki pilot xilas edilib.
Elchi.az xəbər verir ki, ABŞ-ın Kaliforniya əyalətindəki San Dieqo Yanğından Mühafizə İdarəsi, San Dieqo körfəzinə düşən hərbi təyyarə ilə bağlı verdiyi açıqlamada, göyərtəsində iki pilotun olduğunu və yerli vaxtla səhər saat 10:16 radələrində Şimali Adası Dəniz Hava Stansiyasının yaxınlığında San Dieqo körfəzinə düşdüyünü bildirib.
Təyyarədən sağ-salamat çıxmağı bacaran iki pilot balıqçı qayığı ilə sürətlə sudan çıxarılıb və daha sonra xəstəxanaya aparılıb.
Pilotların həyatı üçün təhlükə olmadığı, təyyarənin qəzaya uğrama səbəblərinin araşdırıldığı bildirilib.
Şayəstə Hüseynova