image-gazze-27backend

Həmas və İsrail atəşkəslə bağlı danışıqlara başlayır

İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, Qəzzada atəşkəs və məhbus mübadiləsi razılaşması üzrə danışıqların ikinci mərhələsi bu həftə başlayacaq.
Elchi.az  xəbər verir ki, “The Times of Israel”in məlumatına görə, Saar mətbuat mənsublarına açıqlama verərək, Qəzzanın tamamilə silahsızlaşdırılmış zona olmasını tələb etdiklərini bildirib.
“Biz dünən Təhlükəsizlik Kabinetinin iclasını keçirdik. Biz bu həftə danışıqların ikinci mərhələsinə başlamaq qərarına gəldik”, – İsrailin xarici işlər naziri deyib.
Saar, ABŞ prezidenti Donald Trampın Qəzzada fələstinliləri zorla köçürmək və bölgəni ABŞ nəzarətinə keçirmək planına qarşı ərəb dövlətləri tərəfindən alternativ plan hazırlandığını və İsrailin baş naziri Benyamin Netanyahunun bu planı araşdırmağa dəyər gördüyünü bildirib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki