Həmas Qəzzada atəşkəs təklifini qəbul etdiklərini, müqavimətin silahlarının onların qırmızı xətti olduğunu və onlardan imtinanın söz mövzusu olmadığını açıqlayıb.
Elchi.az xəbər verir ki, HƏMAS lideri Sami Əbu Zuhri Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşması üçün davam edən danışıqlar barədə Əl-Cəzirə televiziyasına danışıb.
“Yeni təklifində işğalçı İsrail müharibəni dayandırmaq öhdəliyi götürmür, o, yalnız əsirləri götürmək istəyir”, – Əbu Zuhri bildirib.
“Bizə təqdim olunan təklif İsrailin təklifidir və danışıqların ikinci mərhələsi kontekstində ilk dəfə olaraq müqavimətin tərksilah edilməsini ehtiva edir”. Bu ifadəni işlədən Əbu Zuhri, Fələstin müqavimətinin silahlarını yerə qoymayacağının vurğulayaraq, “Müqavimətin silahları milyon dəfə bizim qırmızı xəttimizdir, onları yerə qoymaq bir yana, dincəlmək belə söz mövzusu deyil” danışdı.
Əbu Zuhri Qəzzaya hücumların dayandırılması və İsrail ordusunun Qəzzadan çıxarılması müqabilində bütün israilli məhbusları təhvil verməyə hazır olduqlarını bildirib.
“(İsrailin baş naziri Benyamin) Netanyahu öz siyasi gələcəyi üçün çalışır və (ABŞ prezidenti Donald) Tramp onun Qəzzalıların öldürülməsində ortağıdır”, – Həmas rəsmisi bildirib.
Trampın mayın ortalarında Yaxın Şərqə planlaşdırdığı səfərə toxunan Əbu Zuhri, “Trampın bölgəyə səfəri müsbət qarşılanmamalıdır, çünki onun əlində Qəzzalı qadınların və uşaqların qanı var” deyib.
Əbu Zuhri, HƏMAS-ın təslim olmayacağını vurğulayaraq, “Xalqımızın iradəsinin qırılmasına heç vaxt icazə verməyəcəyik. Həmas təslim olmayacaq, ağ bayraq qaldırmayacaq və işğalçı İsrailə qarşı hər cür təzyiq vasitəsinə əl atacaq” deyib.
Qəzzada baş verənləri “dəlilik” kimi xarakterizə edən Əbu Zuhri buna ancaq oxşar şəkildə cavab verilə biləcəyini qeyd edib.
Bundan əlavə, HƏMAS açıqlamasında vasitəçilərdən gələn təklifin araşdırıldığını və lazımi məsləhətləşmələrdən sonra ən qısa zamanda cavab veriləcəyini bildirib.
HƏMAS-ın hər hansı razılaşmanın “daimi atəşkəs, İsrail ordusunun Qəzzadan tamamilə çıxarılması, əsl əsir mübadiləsi razılaşması, İsrailin hücumları nəticəsində dağıdılan ərazilərin bərpası üçün ciddi prosesin başlanması və Qəzzada Fələstin xalqına tətbiq etdiyi blokadanın aradan qaldırılmasını” ehtiva etməsi qərarlı olduğu vurğulanıb.
Şayəstə Hüseynova