image-57backend

Harrisin Los-Ancelesdəki evakuasiya zonasındadır

ABŞ-ın vitse-prezidenti Kamala Harrisin Los-Ancelesdəki evi Kaliforniya ştatında baş verən meşə yanğını səbəbindən təxliyə zonasına daxil olub.

Elchi.az xəbər verir ki, bu barədə “NBC News” telekanalı məlumat yayıb.

Harrisin evinin yerləşdiyi ərazi güclü külək nəticəsində yaranan yanğına görə təxliyə zonası elan edilib. Vitse-prezidentin özü hazırda Vaşinqtondadır.

Los-Ancelesdə 350 kvadratmetr sahəsi olan evi Harrisin əri, vəkil Duqlas Emhoff alıb. Qonşuluqda aktrisa Qvinet Peltrou və basketbol ulduzu LeBron Ceyms yaşayır. Hovuzlu dörd yataq otağı olan Harris evi Getty Muzeyindən 10 dəqiqəlik piyada məsafədədir. 2024 5 milyon dollar dəyərində qiymətləndirilirdi.

Bundan əvvəl Amerika mediası Kaliforniya ştatında meşə yanğınının sahəsinin 300 hektarı keçdiyini və artmaqda davam etdiyini bildirmişdi.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki