image-34backend

Gürcüstan LGBT əsaslı AB üzvlüyünə qarşıdır

Gürcüstan LGBT təbliğatına əsaslanan Avropa İttifaqına (Aİ) üzv olmaq istəmir.

Elchi.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu hakim “Gürcü arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze deyib.

Onun sözlərinə görə, Gürcüstan cəmiyyəti Aİ-yə üzvlüyün əleyhinədir, burada LGBT-ləri qəbul edib-etməmək seçimi var. “Mənim üçün ağlasığmazdır ki, kimsə gürcülərə desin ki, əgər siz uşaqlar arasında LGBT təbliğatına başlamasanız, Avropanı görməyəcəksiniz”, – Mdinaradze deyib. O əlavə edib ki, Gürcüstan bunu qəbul etməyəcək. Səbəb odur ki, ölkənin özünəməxsus kimliyi, mədəniyyəti, adət-ənənələri var.

Mdinaradze bir qədər əvvəl bildirmişdi ki, “Gürcü arzusu” Aİ-yə daxil olmaq çətin olsa belə, LGBT təbliğatını qadağan edən qanundan imtina etməyəcək. Onun sözlərinə görə, Tbilisi qanunu ləğv etməkdənsə, assosiasiyaya iki-üç il “gecikməyi” seçəcək.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki