image-siddetli-yagis-ve-firtina-can-aldi-onlarca-kisi-hayatini-kaybetti-na3fbackend

Güclü yağış və tufan can aldı! Onlarla insan həyatını itirdi

Hindistan və Nepalda güclü yağış və tufanlar nəticəsində ümumilikdə 92 nəfər həyatını itirib.
Elchi.az xəbər verir ki, Çərşənbə günündən yağan güclü yağış Hindistan və Nepalın bəzi bölgələrində daşqınlara səbəb olub. Hindistanın Bihar ştatında leysan yağışlar nəticəsində azı 64 nəfər ölüb. Yerli mənbələrin məlumatına görə, Uttar Pradeş ştatında azı 20 nəfərin öldüyü bildirilir. Milli Fəlakət Departamentinin məlumatına görə, qonşu Nepalda ildırım çaxması və güclü yağışlar nəticəsində ən azı 8 nəfər həyatını itirib.
Hindistan Meteorologiya İdarəsi (IMD) çərşənbə günü ölkənin şərq və mərkəzi hissələrində tufanla əlaqədar xəbərdarlıq edib. Ölkə ərazisində güclü yağış və tufanların şənbə gününədək davam edəcəyi gözlənilir.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki