image-b-12backend

‘Fransız Dövlət Ağlı’ sahədə, Suriyada çirkli planlar

Fransa, Livan və Suriyadakı yeni tənlikdən istifadə edərək; bölgədə Türkiyəni narahat edəcək yeni addımlar atır. Rusiyanın Latakiyada tərk etdiyi bazaları işğal etməyə çalışan Fransa da ABŞ-ın Suriyadakı hərbi varlığını əvəz etmək istədiyini bəyan edib. Fransa və İran kəşfiyyat bölmələrinin Latakiya və Tartusdakı kripto strukturları vasitəsilə xaos axtarışında olduğu da gündəmə gətirilib.
Elchi.az xəbər verir ki, Suriya və Livanda hökmranlığını yenidən bərpa etmək istəyən Fransa yeni strategiyası çərçivəsində Türkiyəni narahat edəcək hərəkətlər edir. Fransızlar Suriyada ilk addımı Latakiya limanı və ətrafında atdılar. Suriya Quru və Dəniz Sərhəd Qapılarının Baş İdarəsi bu yaxınlarda Fransa CMA və CGM şirkətləri ilə Latakiya Limanı ticarət sahələri və konteyner sahələrinin istismarı üçün yeni müqavilə imzalandığını açıqladı. Lakin müqavilənin şərtləri ictimaiyyətə açıqlanmayıb. Bu inkişafın ardınca Dəməşqin yeni kəşfiyyat rəhbəri Ənəs Hattab ötən cümə axşamı Parisdə keçirilən Suriya üzrə beynəlxalq konfransın sessiyasına qatılıb və fransalı həmkarı ilə görüşüb. Hattab Suriyada təhlükəsizlik məsələlərində əsas fiqurlardan biri hesab edilsə də, Parisdəki görüşün məzmunu sirr olaraq qalır.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki