Finlandiya hakimiyyəti lazımi sənədlər olmadan qaçqın axını ehtimalı təhlükəsi səbəbindən Rusiya ilə sərhədi aça bilmir.
Elchi.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Petteri Orpo deyib.
“Şərq sərhədində vəziyyət hələ də dəyişməzdir. Hələ də sərhədi aça bilmirik. Əgər bu edilərsə və bəzi sərhəd məntəqələri açılarsa, o zaman Rusiya lazımi səyahət sənədləri qaydasında olmayan insanları keçirə bilər”, – siyasətçi qeyd edib.
Dekabrın 21-də Orpo bildirib ki, Rusiya ilə razılaşaraq bir və ya bir neçə sərhəd keçidini açmaq mümkün olacaq yol tapılana qədər sərhəd bağlı qalacaq. Oktyabrın 24-də Finlandiya Rusiya ilə sərhəddə iki nəzarət-buraxılış məntəqəsinin – Parikkala və İnaridə fəaliyyətini tamamilə dayandırdığını elan edib.
Yeganə