image-161006093709-rodrigo-dutertebackend

Filippinin keçmiş prezidenti Duterte həbs edilib

Narkotiklərlə mübarizə zamanı törətdiyi bəşəriyyətə qarşı cinayətlərə görə məsuliyyət daşıyan Filippinin keçmiş prezidenti Rodriqo Duterte Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) qərarına əsasən həbs edilib.
Elchi.az xəbər verir ki, narkotiklərlə mübarizə zamanı bəşəriyyətə qarşı cinayətlərdə ittiham olunan Filippinin keçmiş prezidenti Rodriqo Duterte ölkəsinə qayıdarkən həbs edilib. Bu gün Honq-Konqdan Manilaya qayıdan Dutertenin BCM-nin verdiyi həbs qərarı çərçivəsində həbsxanaya aparıldığı bildirilir. Filippin Prezident Administrasiyasının Kommunikasiya Ofisindən verilən açıqlamada, BCM-dən göndərilən həbs qərarının INTERPOL-un Manila ofisinə çatdığı təsdiqləndi və “Keçmiş Prezident hazırda səlahiyyətlilərin nəzarətindədir” ifadəsi verildi. Dutertenin səhhətinin yaxşı olduğu bildirilir.
Duterte dünən Honq-Konqda verdiyi açıqlamada BCM-nin onun barəsində qərar çıxaracağı təqdirdə həbs olunmağa hazır olduğunu bildirib. Narkotiklərlə mübarizəsini qanuni olaraq müdafiə edən Duterte özünü müdafiə məqsədi ilə polisə narkotik şübhəlilərini öldürmək əmri vermədiyini vurğulayıb.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki