Suriyanın istefa vermiş prezidenti Bəşər Əsədin ordusundan təslim olan və silahlı müxalifətin tərəfinə keçən zabitlərə Suriya Müdafiə Nazirliyinin yenidən təşkilində iştirak etmək təklif olunub.
Elchi.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə Ərəb Respublikasının müvəqqəti hökumətinin baş naziri vəzifəsini icra edən Məhəmməd Əl-Bəşir bildirib.
“Müdafiə Nazirliyi yenidən təşkil olunacaq, onun strukturuna müxalifətçilər və devrilmiş rejimi tərk etmiş zabitlər daxil olacaq”. Bundan əvvəl Suriya əsgəri Fərhan əl-Xuli hökumət qüvvələrinin ciddi şəkildə ruhdan düşdüyünü, korrupsiya və kadr çatışmazlığından əziyyət çəkdiyini bildirib. Əl-Xulinin sözlərinə görə, o və əsgər yoldaşları az maaş alırdılar.
Yeganə