“Ermənistanda vəziyyət olduqca kritikdir. Əhalinin sosial vəziyyəti günü-gündən pisləşir”- Alp.az xəbər verir ki, bu açıqlamanı erməni ekspert Vahe Hovhannisyan məqaləsində qeyd edib .
“Əhali çaşqınlıq içərisindədir. Əhali əlinə pul düşən kimi ölkədən qaçır. Dəhşətli statistika var ki, 2021-ci ildə Ermənistandan 300 min insan başqa ölkələrə üz tutub. Bunun çıxış yolları varmı? Əlbəttə olduqca çətindir. Ermənistan əhalisinin əksəriyyəti Rusiyadan gələn pullarla dolanır. Bunun sonu sosial üsyandır. Bu üsyan isə artıq qaçılmazdır. Hökumət müharibə abu-havasından əl çəkməli və sosial partlayışın qarşısını almaq üçün tədbirlər görməlidir”- Vahe Hovhannisyan məqaləsində qeyd edib .