“Üç ildir xalqına beyninə məğlub olan, güzəştə gedən psixologiyası salırlar və cəmiyyət öz iradəsindən asılı olmayaraq bu vəziyyətə düşüb”.
Alp.az xəbər verir ki, bunu erməni yazıçı, publisist Husik Ara bildirib.
Onun sözlərinə görə, ötən il növbədənkənar parlament seçkiləri keçirilməməli idi, çünki bu qədər ərazinin itirilməsi və qurbanlardan sonra cəmiyyət hələ də şokda idi.
Husik Ara qeyd edib ki, o ruh halında insanlar dəqiq çəki verə bilmirdilər, hətta indiyə qədər də şokdan çıxmayıblar.
Erməni publisist vurğulayıb ki, ölkədə cəmiyyət sərbəst eniş vəziyyətindədir, artıq itirilmiş Qarabağ gözə görünmür, Zəngəzuru itirmək gözə görünmür, sabah da itirilən Ermənistan görünməyəcək.
“Bu gün cəmiyyətin gözü qarşısında iki il əvvəl daha kəskin reaksiya verən hadisələr baş verir, indi sanki susub, başa düşmür, barışıblar. Daim uduzur və reaksiya vermirik. Hökumət bu dəhşətli işləri 3 il əvvəl etsəydi, şiddətli tufanlar olardı. Məsələn, Ermənistan-Türkiyə sərhədi açılanda xalq sərt reaksiya verərdi, sual verərdi ki, məgər biz bu dəqiqə hazırıq? Amma cəmiyyət indi susur”, – deyə o bildirib.Ordu.az