image-nikol_pasinyan_-_pasinyanbackend

Erməni nəşrindən ŞOK İDDİA: Paşinyan buna görə öldürüləcək 

Ermənilərin “Fakt” qəzetinin bugünkü sayında sensasion məqalə dərc edilib. Alp.az xəbər verir ki, yazıda nəşr Ermənistanın baş naziri Nikol Paşinyana susi-qəsd olacağını açıqlayıb.

Məqaləni ixtisarla diqqətinizə çatdırırıq:

“Bu həftə Milli Assambleyanın növbəti iclası öz işinə başladı və bu, bizim məşğul olduğumuz parlamentin səviyyəsini göstərdi. Bu, xüsusilə hakim partiyaya aiddir, onun bir çox nümayəndələri öz səviyyəsini bir daha nümayiş etdirib. Parlamentdə qarşıdurma yaratmaq məqsədi daşıyan təxribat cəhdləri oldu, şou baş tutdu. Artıq görünən odur ki, Nikol Paşinyan hökuməti öz bildiyi kimi idarə edir. Nə baş verdiyini sadə vətəndaşlar da başa düşür. Nikol Paşinyana təlxəklər lazımdır ki, onları da parlamentə yerləşdirib. İndi konustusiya referndumu keçiriləcəyini açıqlayır. Nə baş verəcək?

Nikol Paşinyan hakimiyyəti tək və rəqibsiz idarə etmək istəyir. Bu baş verə bilərmi? Əgər bu baş versə Paşinyan vətənpərvərlər tərəfindən məhv ediləcək. Artıq bunun ilk siqnalları gəlir. Paşinyan geri çəkilməsə onu aradan götürəcəklər. Çünki Ermənistanın gələcəyi Paşinyanla bağlı deyil.”

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki