image-88backend

Erməni nəşrindən SENSASİON YAZI: Azərbaycan bizi 44 günə başa saldı 

Ermənistanda radikal siyasətçilər son günlər Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla bağlı dediklərinə aqressiv münasibət bildiriblər. Alp.az xəbər verir ki, erməni nəşri “Hraparak”, radikal erməni siyasətçilərini Nikol Paşinyanı başa düşməyə cağırıb. Qəzetin bu günkü sayında Azərbaycan ordusunun 44 günlük zəfəri barədə yazı dərc edilib. Bu yazıda qzəetin analtik qrupu apardığı araşdırma zamanı bəzi nüansları oxucularına çatdırıb. Nəşr qeyd edib ki, Azərbaycan reallıqda bu anda Cənubi Qafqazın ən güclü dövlətidir. Regionda söz sahibidir.

“Biz Azərbaycanın gücünü dəyərləndirmədik. 44 günə Azərbaycan bizə başa saldı ki, danışmaq yox iş görmək lazımdır. Bu gün hər kəs Nikol Paşinyanın açıqlamalarını qəbul etmirlər. Anlamaq lazımdır ki, Paşinyanın, ümumilikdə Ermənistanın başqa yolu yoxdur. Biz güclənmək üçün Türkiyə və Azərbaycanla əlaqələrimizi genişləndirməliyik.”- nəşrdəki yazıda qeyd edilir.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki