Ermənistanın “Qolos Armenii” qəzeti sensasion iddia ilə çıxış edib. Qəzet yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi məsələsində faktiki olaraq razılaşıb. Bu razılaşma onu əks etdirir ki, Paşinyan komnukasiya xətlərinin acılacağını gizlətmir.
Alp.az xəbər verir ki, dünən Rusiya Prezidenti Vladimir Putin də eyhamla bu dəhlizin olacağını bildirib. Putin hər iki tərəfi 10 noyabr bəyanatının şərtlərinə əməl etməyə cağırıb.
168.am saytı isə iddia edir ki, Nikol Paşinyan hələ Zəngəzura səfəri zamanı belə demişdi. “Ya biz Meğri dəhlizini verəcəyik, ya da onu zorla alacaqlar.”