Vyetnamın paytaxtı Hanoy dünyanın ən çirkli şəhəri seçilib. Səlahiyyətlilər havanın çirklənməsi ilə əlaqədar vətəndaşlara mümkün qədər “evdə qalmaq” barədə xəbərdarlıq edib.
Elchi.az xəbər verir ki, Dünyada havanın çirkliliyi günü-gündən artdıqca ən çox çirklənmiş şəhərlər açıqlanıb. Vyetnamın paytaxtı Hanoy dünyanın ən çirkli şəhərləri siyahısında birinci yerdə idi. Son həftələrdə Hanoyda sıx dumanın olduğunu qeyd edən hökumət rəsmiləri, problemi aradan qaldırmaq üçün elektrikli nəqliyyat vasitələrinin istifadəsini təşviq edəcəklərini açıqladılar. Müstəqil qlobal hava çirkliliyi məlumatı verən AirVisual-a görə, səhər erkən saatlarda Hanoyda PM2.5 kimi tanınan təhlükəli kiçik hissəciklərin səviyyəsi hər kubmetr üçün 266 mikroqramla ölçüldü ki, bu da ən çirkli şəhərlər siyahısında ən yüksək göstəricidir.
Şayəstə Hüseynova