image-gazproma-danimarkadan-boru-hatti-izni-cikti-hisseler-tavan-yapti-orwh_cover-jpgbackend

Danimarka “Qazprom”a “Şimal axını”nın tikintisinə icazə verib

Danimarkanın Enerji Agentliyi “Qazprom”a “Şimal axını 2” boru kəməri ilə bağlı bəzi işlərə icazə verib. Bu açıqlamadan sonra “Qazprom”un səhmləri Moskva birjasında 3,3 faizdən çox bahalaşıb.
Elchi.az xəbər verir ki, Danimarka Enerji Agentliyindən verilən yazılı açıqlamada , “Nord Stream 2 AG” şirkətinə “Şimal axını 2” də müəyyən işlər üçün icazə verildiyi bildirilib.
Açıqlamada bildirilib ki, işlərə “Şimal axını 2” boru kəmərinin mühafizəsi ilə bağlı bəzi profilaktik işlərin aparılacağı və prosesin aprelin 1-dən sentyabrın 30-dək başa çatdırılacağı bildirilib.
Bu açıqlamadan sonra “Qazprom “un səhmləri Moskva birjasında 3,3 faizdən çox bahalaşıb.
Rusiya qazını Baltik dənizindən Almaniyaya daşıyan “Şimal axını” və “Şimal axını 2” boru kəmərləri 2022-ci ilin sentyabrında partlayışlardan sonra fəaliyyətsiz qalıb.

Nuranə Məmmədova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki