image-pomidor-xiyarbackend

Bu rayonumuzda xiyar 3, pomidor 20 qəpik oldu

Göyçay rayonunda xiyarın kilosu 3-5, pomidor isə 20 qəpiyə qədər ucuzlaşıb.

Alp.az xəbər verir ki, bu barədə sahibkarla “Azadlıq” radiosunun əməkdaşına deyiblər. Onların sözlərinə görə, yetişdirdikləri məhsulu Rusiya bazarına çıxarmaqda çətinlik çəkdikləri üçün dəyərindən ucuz yerli bazarda satmağa məcbur olurlar.

Göyçay rayonu Ləkçılpaq kəndinin sakinləri bildiriblər ki, yetişdirdikləri pomidoru Rusiyaya aparmaq üçün nəqliyyat və vergi çox bahadır. Onların sözlərinə görə, dəmir yolu ilə daşınma koronavirusa görə qadağandır:

“Yük maşını isə 4 min 500 dollara gedir, 6 min dollar da əlavə dəyər vergisinə alırlar”.

Fermerlər deyir ki, maya dəyəri 70-80 qəpik olan pomidorun bir kilosunu yalnız 20-30 qəpiyə sata bilirlər: “Bir həftə öncə pomidorun kiloqramının qiyməti 1.30 manat idisə, indi 20 qəpiyə belə sata bilmirik”.

Qeyd edək ki, Bakı bazarlarında Göyçay pomidorunun qiyməti 2.5-3 manat arası dəyişir. Xiyar isə 40-50 qəpikdir.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki